Vdesign şirkəti İSO beynəlxalq standartları ilə təltif olunmaq məqsədilə sertifikatlaşdırmadan keçmək niyyətindədir. Hal hazırda bu istiqamətdə ütün zəruri hazırlıq tədbirləri həyata keçirilməkdədir. İSO keyfiyyətin idarə edilməsi sistemi standartları ilə uyğunluq istehsalçı üçün mütləq tələb sayılmasa da, İSO sertifikatının könüllü surətdə əldə edilməsi Vdesign tərəfindən istehsal edilən məhsulun keyfiyyət və təhlükəsizlik amillərinin onun üçün birinci yerdə durduğunun bariz göstəricisidir.

Qeyd etmək yerinə düşər ki, Vdesign şirkəti tərəfindən istehsal edilən xüsusi təyinatlı geyim formaları bütün sanitar-gigiyenik normalara və texniki təhlükəsizlik tələblərinə cavab verir. Bütün bunlar təltif edilmiş dövlət şəhadətnamələrində öz əksini tapmışdır. Hal-hazırda şirkətin məhsullarının istehsalı müvafiq dövlət qurumları tərəfindən təqdim edilmiş beş uyğunluq şəhadətnaməsi əsasında həyata keçirilməkdədir.