Xüsusi təyinatlı geyim formalarının kütləvi və fərdi qaydada tikilişini təklif edən Vdesign şirkəti 2008-ci ildən müəssisəyə xas olan və işçi təyinatlı formaların tikilməsi sahəsində fəaliyyət göstərməkdədir.

Şirkətin yaradılması respublikada əmək bazarının inkişafı və yeni iş yerlərinin açılmasına dair dövlət siyasətinin aparılması dövrü ilə üst-üstə düşür. Məhz həmin dövrdə xüsusi təyinatlı geyim formasına və işçi geyiminə böyük tələbatın yaranmasına baxmayaraq, bazarda həmin tələbatı ödəyə biləcək şirkətlərin sayı xeyli az idi.

Öz fəaliyyətinə çox da böyük olmayan və işçi kollektivinin sayı 60 nəfər təşkil edən bir müəssisə kimi başlayan Vdesign şirkəti xüsusi təyinatlı geyim formalarının istehsalına start verdi və müasir alman və yapon istehsalı olan tikiş dəzgahları ilə təchiz olunaraq, şirkətlərin sifarişini yerinə yetirməyə başladı.

Bu gün Vdesign şirkəti təkmilləşdirilmiş istehsalat vahidləri ilə təchiz olunmuş müxtəlif funksiyaları həyata keçirmək əzmində olan nəhəng bir müəssisədir. Şirkətimizin müştərilərinin sırasında ən yüksək keyfiyyət standartlı xüsusi təyinatlı geyimlər və işçi formalarına tələbatı olan mehmanxana, restoran, inşaat biznesi sahələrinin aparıcı nümayəndələri durur.

Hal-hazırda Vdesign şirkətinin məhsullarının istehsal xətti o dərəcədə çoxçeşidli və genişdir ki, o, hətta ən iddialı tələbləri belə təmin etmək qüdrətindədir. Fabrikimiz yüksək temperaturdan. Rütubətdən, kimyəvi təsir və digər çirkləndirici amillərdən mühafizəni təmin edən geniş profilli xüsusi təyinatlı müəssisə geyim formaları və işçi geyimlərini istehsal edir. Yuxarıda sadalanan sahələrdən savayı, müəssisədə qadın və kimi model geyimləri və ayaqqabıları da istehsalı edilməkdədir. Son texnoloji istehsal vasitələrinə malik olan baza tikiş materiallarına naxışların vurulması avadanlığı ilə də təchiz edilmişdir. Dizayner və konstruktor şöbələrinin yüksək ixtisasa malik mütəxəssisləri tikiş materiallarının yüksək keyfiyyətinə təminat verməklə yanaşı, müxtəlif mürəkkəb quruluşa malik sifarişləri çevik surətdə icra etmək əzmindədir.