Müəssisə rəhbərləri qarşısında bir qayda olaraq öz işçilərini məhz keyfiyyətli xüsusi geyim və ayaqqabılarla təmin etmək kimi məsələ durur. Bu həm işçi qüvvəsinin ruhlanaraq məhsuldarlığının yüksəldilməsinə öz layiqli töhfələrini verməklə bərabər, həm onlarda işəgötürənə qarşı ehtiram hisslərinin aşılanmasına səbəb olur. Keyfiyyətli xüsusi iş geyimlərinin uzun müddət istifadəsi müəssisənin xərclərinin minimuma endirilməsi ilə nəticələnir. Vdesign şirkəti məhsulun istehsalı zamanı müasir avadanlıqlardan və yüksək keyfiyyətli materialdan istifadə edir. Geyimlərə loqoların və şirkətin adının vurulması üçün xüsusi texnikadan istifadə olunur. Ən yeni istehsal texnologiyaları, müasir konstruksiyalar və onların tətbiqi üsulları, və keyfiyyətli materiallar Vdesign brendi markası adı altında buraxılan xüsusi iş geyimlərinin uzun ömürlüyünün təminatıdır.