Vdesign şirkətinin fəaliyyətinin başlıca istiqaməti müxtəlif çeşidə malik xüsusi təyinatlı geyim formalarının yaradılmasından ibarətdir. İşçi geyim formalarının tərtibatı sahəsində yeni tendensiyaları diqqətlə izləyən mütəxəssislərimiz, müəssisə tərəfindən yaradılmış olan modelləri dövri qaydada modernləşdirir. Şirkət daxilində iş proseslərinə nəzarət, istehsal prosesinin bütün mərhələlərində tətbiq olunur.
Şirkət həm kütləvi qaydada, həm də fərdi əsasda xüsusi təyinatlı geyim formalarını istehsal edir. Xüsusi təyinatlı geyim forması ilə yanaşı, mehmanxana və restoranlarda xidməti işçi heyət və mühafizə xidməti işçiləri üçün də xüsusi geyim formaları istehsal edir. Bizim məhsullar çeşidinə xüsusi təyinatlı geyim formaları, xüsusi ayaqqabılar, əlcəklər, aşpaz geyimi, mehmanxana və restoranların mühafizə xidməti üçün geyim dəstləri və xidməti işçi heyəti üçün xüsusi geyim formalarını tikilişi daxildir. Zərurətlə bağlı olaraq, bizim mütəxəssislər müştərinin istehsal sahəsində də sifarişləri qəbul edə bilərlər.
Vdesign şirkəti tərəfindən istehsal edilmiş xüsusi geyim formaları dövlət sertifikatı ilə təsdiq edilmiş bütün sanitar-gigiyenik normalarına və texniki təhlükəsizlik tələblərinə cavab verir. Hal-hazırda şirkətin məhsul istehsalı müvafiq dövlət orqanları tərəfindən verilmiş aşağıdakı beş uyğunluq sertifikatı əsasında həyata keçirilir:
1. Çirklənmə amillərindən və mexaniki təsirdən mühafizə edən kişi geyimlərinin istehsalı üçün sertifikat.
2. Mexaniki təsirlərdən mühafizə qabiliyyətli təbii dəridən istehsal edilən xüsusi ayaqqabıların istehsalı üçün sertifikat.
3. Güdəlik istifadə təyinatlı qadın və kişi geyimlərinin istehsalı üçün sertifikat.
4. Təbii dəridən hazırlanmış güdəlik istifadə təyinatlı qadın və kişi ayaqqabılarının istehsalı üçün sertifikat.
5. Təbii dəridən tikilmiş qadın çantalarının istehsalı üçün sertifikat.
Avropa ölkələrinin olimpiya idman yarışları tarixində ilk dəfə olaraq Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək 2015-ci ilin Avropa oyunları üçün Vdesign şirkəti tərəfindən bu əlamətdar hadisəni işıqlandırmaq məqsədilə dəvət olunmuş yerli və xarici KİV təmsilçiləri üçün məxsusi olaraq tərtib olunmuş geyim formalarını təqdim edəcək.