Ən yüksək tələblərə cavab verən texnologiyanın son nailiyyətlərinin təcəssümü olan avadanlıqdan istifadə uzunömürlü və keyfiyyətli məhsulun təminatı deməkdir. İstehsalatda istifadə və tətbiq edilən materiallar İtaliya, Böyük Britaniya və Türkiyədən idxal olunmaqla yanaşı, Azərbaycanda da Gilan Tekstil şirkəti tərəfindən istehsal edilir.

Biz eyni zamanda poliqrafik effektlərə malik geyimlərin də ardıcıl seriya əsaslı istehsalı imkanlarına da malikik. Müəssisədə istifadə edilən xüsusi avadanlıq geyimdə sifarişçi şirkətin adı və loqosu, müxtəlif təsvirlər, reklam şüarlarını həkk etmək imkanlarına malikdir.

Vdesign şirkətinin məhsulları Bakı şəhərində, habelə respublikanın regionlarında mağazalar şəbəkələrinə təqdim edilmişdir. Bu analoqdan olan istənilən mağazada Vdesign məhsulunun nümunələriylə tanış ola və lazımlı ölçüdə, istənilən miqdarda geyim sifariş edə bilərsiniz.